Hovuz tikintisi
Hovuz tikintisi, bizim əsas fəaliyyət sahəmizdir

Aquatek.az
Hovuz tikintisi, şirkətimizin əsas ixtisaslaşdığı sahədir. Bağ evi, geniş həyət sahəsi və ailə üçün rahatlıq yaratmaq istəyi olanda, hovuz tikintisi arzusu tamamilə təbiidir.
Əgər hovuz üçün uyğun sahəniz, maddi imkanınız və istəyiniz varsa, deməli, sizə keyfiyyətli və etibarlı iş görəcək şirkət lazımdır. Təbii ki, qiymətin də münasib olması vacibdir.
Etibar etdiyiniz ustanı və ya şirkəti tapmağın iki yolu var: ya tanışların məsləhəti ilə, ya da internetdə öz axtarışınızla.
Amma siz də yaxşı bilirsiniz ki, hovuz tikintisində təcrübə əsas şərtdir. Təcrübəsiz usta – risk deməkdir.
Ən böyük səhv isə “hər işdən anlayan” fərdi ustaya etibar etməkdir. Çünki iş yarımçıq qalanda həmin ustanı tapmaq, bəzən mümkünsüz olur. Hamımız belə halları eşitmişik: “uşağı xəstədir”, “evdə problem var”, “bir azdan gələcəyəm” — və nəticədə nömrə sönür, iş qalır.
Ona görə sizə lazımdır etibarlı şirkət, keyfiyyət və minimum stress.
Hovuz tikintisi sahəsində 25 il təcrubə
Şirkətimiz artıq 25 ildir – 2000-ci ildən etibarən – Azərbaycanda hovuzların tikintisi ilə məşğuldur.
Əgər ildə orta hesabla 10 hovuz tikiriksə, bu, artıq 250-dən çox layihə deməkdir. Biz heç vaxt saymağı məqsəd qoymamışıq, amma görülən işlərin sayı bundan qat-qat çoxdur.

Aquatek.az
Bizim öz personalımız, nəqliyyat vasitələrimiz, istehsal bazamız və illərdir əməkdaşlıq etdiyimiz etibarlı təchizatçılarımız var. Onlar bizə endirimlər təklif edir, çünki bilir – Aquatek yalnız keyfiyyətli işləyir. Hər layihə bizim üçün məsuliyyətdir. Elə bu səbəbdən də biz illərlə bazarda fəaliyyətimizi gücləndirə bilmişik.
Hovuz tikintisi yalnız fərdi sifarişlərlə məhdudlaşmır – biz həm də korporativ və dövlət layihələri həyata keçiririk.
İcra etdiyimiz layihələr arasında nazirliklər, icra hakimiyyətləri və idman obyektləri üçün hovuzlar, fəvvarələr və suvarma sistemləri var.
Hovuz beton konstruksiyası – uğurun 50 faizi
Hovuz tikintisində ən məsuliyyətli mərhələ – beton əsasın hazırlanmasıdır.
Məhz burada qənaət etmək qətiyyən olmaz. Möhkəmlik ehtiyatı əvvəldən düzgün hesablanmalıdır. Beton konstruksiya hər cür yüklənməyə tab gətirəcək qədər güclü olmalıdır.
Eyni zamanda, hidroizolyasiya da çox vacib mərhələdir.
O, düzgün yerinə yetirilməsə, hovuz sızma riski daşıyır.
Məsələn, beton iki mərhələdə töküləndə, əvvəlki və sonrakı qat arasında “soyuq tikiş” yaranır. Bu, konstruksiyanın ən zəif nöqtəsidir və orada sızma baş verə bilər.
Hidroizolyasiya hovuzun ikinci ən vacib elementi sayılır.
Onun keyfiyyəti hovuzun suyu saxlayıb-saxlamayacağını müəyyən edir.
Bundan başqa, bir çoxları anlamır ki, suya tullanarkən hovuzun divarlarına hidravlik zərbə düşür.
Xüsusilə kənarlara yaxın tullananda bu zərbə güclənir və birləşmə yerlərə əlavə yük düşür. Buna görə biz möhkəm beton konstruksiya üzərində israr edirik.
Biz istənilən mürəkkəblikdə hovuz tikintisi həyata keçiririk
Bu sadəcə səsləndirilən sözlər deyil. Biz həqiqətən də istənilən mürəkkəblikdə hovuzların inşasını həyata keçiririk. Azərbaycanda inşa edilmiş ən

Aquatek.az
böyük hovuz bizim komandamız və baş mühəndisimiz tərəfindən tikilib. Söhbət, əlbəttə ki, Bayraq Meydanının yanında, Bakının mərkəzinə yaxın yerləşən Akvatik Mərkəzdən gedir.
Bu bizim üçün olduqca maraqlı bir layihə idi və öhdəsindən yüksək səviyyədə gəldik. Əgər sizdə mürəkkəb və ya daha sadə layihə varsa, onu qiymətləndirmə üçün bizə göndərin. Biz sizə mümkün qədər tez cavab verməyə çalışacağıq.
Əgər sizdə hovuz layihəsi varsa — fərdi və ya idman məqsədli — onu bizə göndərə bilərsiniz.
Bizim mühəndis layihəni öyrənəcək, smeta hazırlayacaq və əraziyə baxış keçirəcək.
Qiymət baxımından, biz fərdi ustalarla rəqabət aparmırıq.
Onlar sizə aşağı qiymət təklif edəcəklər, amma nəticə – zəif karkas, zəif izolyasiya və “bəlkə də işləyər” prinsipi olacaq.
Belə hovuzların taleyi – şansdan asılıdır.
Biz isə belə hovuzları təmir etmirik – çünki biz yalnız doğru tikilmiş hovuzlarla işləyirik.
Sizə rifah və uğurlar arzulayırıq.
Hörmətlə,
Aquatek komandası
