Premium hovuz tikintisi – yüksək keyfiyyət və fərdi yanaşma
Premium hovuz tikintisi sahəsində biz 25 ildən artıq təcrübəyə malik peşəkar komandayıq və istənilən mürəkkəblikdə hovuzların inşasını həyata keçiririk. Fəaliyyətimiz yalnız klassik bağ evləri üçün hovuzlarla məhdudlaşmır. Biz həm fərdi yaşayış evləri üçün premium hovuzlar, həm də

Aquatek.az
idman tədbirləri və peşəkar üzgüçülük üçün nəzərdə tutulmuş hovuzlar tikirik. Layihənin miqyası və texniki tələblərindən asılı olmayaraq, hər bir hovuz maksimum rahatlıq, təhlükəsizlik və uzunömürlü istismar prinsipləri əsasında inşa olunur.
Premium hovuz tikintisi əsas şərti – peşəkarlıq və layihə
Premium seqmentdə hovuz tikintisi standart yanaşma ilə mümkün deyil. Burada əsas rol oynayan detallardır: beton konstruksiyanın düzgün hesablanması, müasir hidroizolyasiya sistemləri, filtrasiya və su dövriyyəsi avadanlıqları, eləcə də dizayn həllərinin dəqiq icrası. Biz hər layihəyə fərdi yanaşırıq və müştərinin istəklərini texniki cəhətdən mümkün olan ən yüksək səviyyədə reallaşdırırıq.
Qeyri standart hovuz sifarişi
Bir müddət əvvəl bizə potensial müştəri müraciət etdi və qeyri-adi bir premium hovuz sifarişi verdi. O, bu hovuz modelini Dubayda görmüş,

Aquatek.az
şəkillərini çəkmiş və eyni konsepsiyanın öz evində həyata keçirilməsinin mümkün olub-olmadığını soruşmuşdu. Müştəri məhz bu cür mürəkkəb və fərqli layihələri icra edə biləcək peşəkar komanda axtarırdı.
Layihənin əsas ideyası hovuzun dibi və sualtı işıqlandırmasının “ulduzlu səma” effekti yaratması idi. Eyni zamanda, zərurət yarandıqda suyun alt hissəsindəki işıqlandırmanın rənglərinin dəyişməsi mümkün olmalı idi. Bu tip texniki həllər Azərbaycanda nadir hallarda tətbiq olunduğundan, bəzi xüsusi komponentləri və avadanlıqları xaricdən sifariş etməli olduq. Təbii ki, bu proses müəyyən vaxt tələb etdi və hovuzun tikintisi avadanlıqların ölkəyə çatdırılmasını gözləməklə mərhələli şəkildə davam etdirildi.
Nəticədə, layihə uğurla tamamlandı və müştəri görülən işi yüksək qiymətləndirdi. Bu cür premium hovuz tikintisi zamanı vacib məqamlardan biri də büdcənin əvvəlcədən düzgün planlaşdırılmasıdır. Qeyri-standart dizayn, xüsusi işıqlandırma sistemləri və idxal olunan komponentlər hovuzun ümumi dəyərini klassik modellərlə müqayisədə daha yüksək edə bilər.

Aquatek.az
Bu sifariş digər sifarişlər kimi uğurla başa çatdı
Əgər siz də fərqli, estetik və texniki cəhətdən mükəmməl bir hovuz tikintisi arzulayırsınızsa, peşəkar yanaşmanın nə qədər vacib olduğunu unutmayın. Ümid edirik ki, bizim təcrübəmiz və yanaşmamız sizin gözləntilərinizi tam doğruldacaq.
