Premium hovuzlar tikintisi
Premium hovuzlar tikintisi, istənilən formada hovuz
Premium hovuzlar tikintisi — imkanlı insanlar üçün xüsusi bir zövqdür. Adətən bu kateqoriyadan olan müştərilərin özünə məxsus layihəsi olur.

Aquatech.az
Layihə əraziyə uyğunlaşdırılmış şəkildə və ya qapalı məkan üçün hazırlanmış olur. Premium hovuzlar bizim üçün — tikinti sahəsində daha geniş imkanlar deməkdir.
İlk növbədə hovuzun büdcəsinə görə. Büdcə nə qədər komfortludursa, layihə bir o qədər maraqlı və keyfiyyətli olur. Adətən, premium sinif hovuzlara perliv hovuzlar daxildir. Onlar skimmer hovuzlardan daha bahalıdır. Belə hovuzlarda cakuzi isə mütləq element sayılır.
Açıq tipli premium hovuzlar və daşma hovuzlar tikintisi
Açıq tip premium hovuzlar mütləq şəkildə landşafta uyğunlaşdırılmalıdır. Bu da layihənin niyə vacib olmasının əsas səbəblərindən biridir. Hovuz layihəsi — bizim şirkət üçün bir növ texniki tələblər toplusudur və dizaynerin gördüyünü tam dəqiqliklə həyata keçirməyə imkan yaradır. Layihə sayəsində biz istənilən çətinlik dərəcəsində hovuz tikə bilirik — istər mərmər, istər mozaika ilə üzlənmiş olsun.
Lakin nəzərə almalısınız ki, daşma hovuzların texniki otağa ehtiyacı var. Texniki otaq — elektrik idarəetmə lövhəsinin, su təchizatı sisteminin, cakuzi mexanizminin, suyun təmizlənməsi və dövriyyəsi sisteminin yerləşdiyi yerdir. İlk baxışdan hovuz tikintisi sadə görünə bilər.
Bu yalnız ilk baxışdır. Mütəxəssis üçün bu çətin deyil. Amma təcrübəsiz şirkətlər üçün çox ciddi bir sınaqdır. Kommunikasiyaların düzgün çəkilməsi, suyun verilməsi, drenaj sisteminin çıxarılması, giriş–çıxış su xətlərinin dəqiq işlənməsi son dərəcə vacibdir.
Hovuz tikintisi zamanı komanda çox önəmlidir
Tikintini həyata keçirən mütəxəssisin peşəkar olduğuna əmin olmaq üçün, ondan istənilən formatda detallı şəkildə hazırlanmış iş planı tələb

Aquatek.az
edin. İş planının dəqiqliyi və ardıcıllığı sizə tikinti şirkəti haqqında ümumi təsəvvür verəcək.
Lakin hovuzun qapalı məkanda tikintisi zamanı tələblər artıq tamamilə fərqli olur.
Qapalı məkanda premium hovuz tikintisi — çox maraqlı və xüsusi yanaşma tələb edən layihədir. Burada ventilyasiya sistemini düşünmək, kommunikasiya xətlərinin çəkilməsini mümkün etmək, hovuz üçün maksimum dayanıqlı karkas nəzərdə tutmaq lazımdır.
70-dən çox premium səviyyəli hovuzlar tikilib və təhvil verilib
Sizin üçün həm qapalı məkanda, həm də həyət sahəsində premium hovuzların necə göründüyünü göstərəcəyik. Premium mozaika, paslanmayan materiallardan hazırlanmış aksesuarlar, cakuzi üçün yüksək təzyiqli su forskaları, cakuzi mühərriki — bütün bu elementlərin hər biri mükəmməl keyfiyyətdə olmalıdır.
Amma ən əsası — layihəniz sizin gözləntilərinizə tam uyğun olmalıdır.
Biz istənilən mürəkkəblik səviyyəsində birinci dərəcəli hovuzlar tikirik. Tapşırıq nə qədər çətin olsa, onu həyata keçirmək bir o qədər maraqlı olur və yekun nəticə ilə qürur duyuruq. Əgər sizin üçün mükəmməl nəticə almaq həqiqətən önəmlidirsə, bizə zəng edib ilkin müzakirə üçün ustamızı dəvət edə bilərsiniz.
Bu tip hovuzlara biz layihəyə əsasən zəmanət veririk. Adətən beton çəhraya 5+ il zəmanət təqdim edirik. Lakin premium layihələrdə biz prosesi daha geniş zəmanət paketi ilə aparırıq və bütün detalları ayrıca müzakirə edirik.
