Qapalı hovuzların tikintisi — örtülü hovuzların layihələndirilməsi və inşası üzrə tam bələdçi
Qapalı hovuzların tikintisi — yüksək dəqiqlik, düzgün hesablamalar, möhkəm hidroizolyasiya və peşəkar mühəndislik tələb edən bir

Aquatek.az
sahədir. Örtülü hovuzlar bütün il boyunca istifadə imkanı yaradır və əsasən üç kateqoriyaya bölünür:
-
şəxsi istifadə üçün örtülü hovuz,
-
sağlamlıq və SPA mərkəzləri üçün hovuzlar,
-
idman tədbirləri üçün peşəkar hovuzlar.
Aşağıda Qapalı hovuzların tikintisi prosesini, mühəndislik tələblərini, layihələndirmə xüsusiyyətlərini və ən çətin layihələrdəki təcrübəmizi ətraflı izah edirik.
Şəxsi istifadə üçün qapalı hovuzlar
Ev və villalar üçün örtülü hovuz sahibi olmaq — bütün il ərzində sağlamlıq, idman və rahatlıq deməkdir. Bu tip hovuzların tikintisində əsasən aşağıdakı elementlər tətbiq olunur:
-
Pereliv sistemləri (skimmerli deyil),
-
İsitmə sistemi olan isti hovuz çanağı,
-
Ayrı texniki otaq,
-
Havanın qurudulması və dövriyyəsi üçün xüsusi ventilyasiya,
-
Kondensatın qarşısını almaq üçün əlavə izolyasiya.
Mövcud binada hovuz tikilirsə, mühəndis aşağıdakıları hesablamaq məcburiyyətindədir:
-
döşəmənin və divarların daşıma qabiliyyəti,
-
kommunikasiya xətlərinin yerləşdirilməsi,
-
pereliv çəninin quraşdırılması,
-
nasosların səs izolyasiyası,
-
bəzən ayrıca qazanxananın yaradılması.
Biz illər ərzində çox sayda örtülü hovuz tikintisi layihəsi həyata keçirmişik və hər layihənin özünəməxsus tələbləri olur. Kiminsə hovuzu idman zalı ilə birləşir, kiminsə SPA zonası ilə. Amma bir prinsip dəyişmir: dəqiq layihə — uğurlu tikintinin yarısıdır.
Sağlamlıq və SPA mərkəzləri üçün örtülü hovuzlar
SPA və sağlamlıq mərkəzlərində örtülü hovuz tikintisi xidmətlərin tərkib hissəsidir. Bu hovuzlar adətən kompakt olur: 4×10, 5×10 və ya

Aquatek.az
ehtiyacdan asılı olaraq fərdi ölçülərdə.
Əsas tələblər:
-
Sürüşməyə qarşı döşəmə,
-
Gücləndirilmiş ventilyasiya və hava quruducuları,
-
Yüksək davamlı hidroizolyasiya,
-
Avadanlıqlara texniki çıxış imkanı,
-
Qışda istilik sisteminin təmin edilməsi.
Bu sahədəki nümunələrdən biri — Butik Otel İçəri Şəhər SPA hovuzudur, hansı ki, bizim tərəfimizdən tikilib və məkanın memarlığına tam uyğunlaşdırılıb.
SPA hovuzları gündəlik işlədiyi üçün mühəndislik nəzarəti burada daha güclü olmalıdır.
İdman hovuzları tikintisi, iri örtülü hovuz kompleksləri
Peşəkar idman üçün nəzərdə tutulan Qapalı hovuzların tikintisi ən çətin mühəndislik mərhələlərindən biridir. Bu hovuzlar əsasən:

Aquatek.az
-
25 metrlik,
-
50 metrlik ölçülərdə olur.
Zolaqların sayı 4-dən 10-a qədər dəyişə bilər.
Dərinlik isə təyinatdan asılıdır:
-
üzgüçülük üçün — 1.8–2.2 m,
-
tullanma üçün — 3–5 m və daha çox.
Bəzi hovuzlar həm üzgüçülük, həm də tullanma zonası üçün kombinə edilir.
Bizim ən böyük layihəmiz — Aquatick Bakı Mərkəzi
Bakıdakı Bayraq Meydanına yaxın yerləşən bu kompleks — Azərbaycanın ən iri örtülü hovuz layihəsidir. Burada iki hovuz tikmişik — məşq hovuzu və peşəkar yarış hovuzu.
Əsas texniki xüsusiyyətlər:
-
Beton çanağın qalınlığı — 50 sm,
-
Hovuzlar dayaq kolonları üzərində “asılmış çanaq” formasındadır,
-
Alt hissədə texniki keçid imkanı mövcuddur,
-
Çoxpilləli su dövriyyə sistemi,
-
Güclü nasoslar və ayrı filtr zonaları.
Bu layihə bizim qürur mənbəyimizdir. Hazırda Azərbaycanda bu səviyyədə daha böyük kompleks yoxdur.
Qapalı hovuzların tikintisində mühüm texniki mərhələlər
İstənilən hovuzun uğurlu tikinti prosesi aşağıdakı əsas elementlərdən ibarətdir:

Aquatek.az
✔ Güclü beton qaba
25 sm-dən 50 sm-ə qədər qalınlıqda, yükə uyğun olaraq tökülür.
✔ 2–3 qatlı hidroizolyasiya
Polymer-sement qarışıqları, mastiklər və membranlar tətbiq olunur.
✔ Ventilyasiya və havanın qurudulması sistemi
Qapalı hovuzların ən mühüm hissəsidir. Səhv layihələndirilmiş ventilyasiya divarların nəmlənməsinə və otağın zədələnməsinə səbəb olur.
✔ Texniki otaq
Burada yerləşir:
-
nasoslar,
-
filtrlər,
-
pereliv sistemi,
-
su isidiciləri,
-
elektrik idarəetmə paneli,
-
UV və ya ozon dezinfeksiya sistemləri.
✔ Avtomatlaşdırma
Xüsusilə özəl villalarda və idman komplekslərində istifadə olunur:
-
kimyəvi tənzimləyicilər,
-
səviyyə sensorları,
-
temperatur nəzarəti,
-
su dövriyyəsinin avtomatik idarəsi.
Niyə hovuz tikintisi layihəsi vacibdir
Layihə — sadəcə şəkil deyil. O, bizim üçün:
-
bütün kommunikasiya xəttlərinin sxemi,
-
yük hesablamaları,
-
ventilyasiya ssenariləri,
-
pereliv çəninin yeri,
-
avadanlıq spesifikasiyasıdır.
Biz istənilən mürəkkəblik səviyyəsində hovuzların peşəkar şəkildə tikintisini limitsiz həyata keçiririk. Şirkətimizin 25 illik böyük təcrübəsi var. Biz həyatımızı sizin rahatlığınız və komfortunuz üçün bu sahəyə həsr etmişik.
Layihənizi qiymətləndirmə üçün bizə göndərin. Bizdən ən ucuz qiymət təklifi olmayacağıq — lakin biz sizə ən yüksək keyfiyyət və peşəkarlıq təqdim edəcəyik.
Düzgün layihə sayəsində istənilən mürəkkəblikdə örtülü hovuz tikintisi mümkündür — mozaika ilə də, mərmər ilə də, qeyri-standart formalarda da.
