Skimmer hovuz
Skimmer hovuz – ən geniş yayılmış və nisbətən sadə konstruksiya

Aquatek.az
Skimmer hovuz tikintisi, suyun heç vaxt hovuz kənarının yuxarı səviyyəsinə qədər qalxmadığı sadə bir konstruksiyadır. Dövriyyə sistemi suyu drenaj vasitəsilə toplayır, təmizləmə sistemindən keçirir və yenidən hovuza qaytarır.
Bu tip hovuzlarda qulluq işləri daha az olur və tam olaraq sifarişçilərin gözləntilərinə cavab verir.
Praktik baxımdan desək, skimmer hovuzlar orta və “plus” səviyyəli bağ evləri və villalar üçün tam uyğundur. Orta ölçülü bağ sahələrinə mükəmməl şəkildə uyğunlaşır. Bu, ən çox yayılmış hovuz formasıdır.
Skimmer hovuz tikintisi, sadə və uzun ömürlü hovuzların növüdür
Skimmer hovuz tikintisi bir çox amilləri nəzərə almaq lazımdır və onlardan biri də — bağda və ya villada kifayət qədər boş sahənin olmasıdır. Yəni, sizin eviniz və 10 sotluq bir əraziniz varsa, gələcək hovuza yer tapmaq mümkündür.
Skimmer hovuzlar, overflow (daşma tipli) hovuzlar kimi əlavə texniki otaq tələb etmir. Hovuzun yanında kiçik bir çuxur olur, biz onu sifarişçinin razılığı ilə dekorativ formada bağlayırıq. Bu çuxurun içərisində dövriyyə və filtrasya sistemi yerləşir.

Aquatek.az
Dövriyyə sistemi suyu təmizləmə sistemindən keçirərək onu şəffaf və təmiz saxlayır. Təmizləmə sistemi isə suya hovuz üçün lazım olan bütün kimyəvi komponentləri əlavə edir.
Foto nümunədə biz sizə skimmer hovuzla daşma (overflow) hovuzu arasındakı fərqi göstərəcəyik ki, fərqi vizual olaraq görə biləsiniz. Amma başa düşmək lazımdır ki, istənilən hovuz — modelindən asılı olmayaraq — diqqət və qulluq tələb edir.
Bu, həm təmizləmə, həm texniki xidmət, həm də suyun dəyişdirilməsi və mövsümi konservasiya deməkdir.
Bu tip hovuzların tikintisində dəqiq ölçülərə maksimum riayət tələb olunmur.
Məsələn, hovuz səviyyəsində 1–2 sm fərq gözə görünməz — bu birinci üstünlükdür.
İkincisi isə — onun konstruksiyası sadədir.
Hovuz tikintisi üçün faydalı məsləhətlər
Orta səviyyəli ustalar və ya təcrübəsiz tikinti briqadaları daha çox bu tip hovuzları seçir, çünki onları inşa etmək daha asandır. Daşma hovuzlarından fərqli olaraq, skimmer hovuzlarda tikinti zamanı yaranan xırda qüsurları gizlətmək mümkündür.
Amma buna baxmayaraq, biz hər kəsə yalnız peşəkarlarla işləməyi tövsiyə edirik.
Həmçinin mütləq şəkildə beton əsasın qalınlığını dəqiqləşdirin. Beton bir dəfə mi, yoxsa iki mərhələdəmi töküləcək – bunu əvvəlcədən soruşun. Həmçinin hidroizolyasiyanın keyfiyyəti barədə dəqiq məlumat alın.
Əgər istəyirsinizsə, kiçik bir araşdırma da apara bilərsiniz. YouTube-da bir neçə video izləyin, digər ölkələrin saytlarına baxın. Biz başa düşürük ki, hər kəsin bunun üçün vaxtı olmaya bilər. Amma bir dəfə peşəkarlarla işləmək və hovuza düzgün şəkildə sahib olmaq, sonradan başqalarının səhvlərini düzəltməkdən qat-qat daha yaxşıdır.
Əgər işin gedişində nəsə səhv getdiyini hiss etsəniz, tikintini dayandıra bilərsiniz. Amma artıq yaranmış zərəri bərpa etmək çox vaxt mümkün olmur.
Məhz bu səbəbdən biz müştəriləri məlumatlandırmağa böyük önəm veririk — çünki uğurlu hovuz tikintisinin əsası düzgün seçimdən başlayır.
